“Ayntraxt”ın kapitanı: “Bakıya qələbə üçün gedirik”

“Ayntraxt”ın kapitanı: “Bakıya qələbə üçün gedirik”
ÖLKƏ FUTBOLU 19 Avqust 2013 / 12:04 2765
-  A +

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Ayntraxt” “Qarabağ”la oyununun hazırlığına start verir. Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bundesliqanın ilk iki turunda məğlub olan (“Herta”ya 1:6, “Bavariya”ya 0:1) Frankfurt təmsilçisi Ağdam komandası ilə avqustun 22-də Bakıda baş tutacaq ilk matça yaxşı köklənmək niyyətindədir.

Komandanın kapitanı Pirmin Şveqler Almaniya çempionatındakı uğursuzluğun onları məyus etdiyini söyləyib. Bununla belə, isveçli yarımmüdafiəçi qeyd edib ki, hədəfləri Avroliqanın qrupuna vəsiqə qazanmaqdır. “Biz Bakıya yaxşı nəticə üçün gedirik” – deyə o vurğulayıb.

“Ayntraxt”ın digər futbolçusu Aleksandr Mayer isə bildirib ki, “Bavariya” ilə matçda sonra  “Qarabağ”la oyunu düşünmək lazımdır: “Çempionatdakı məğlubiyyətin gətirdiyi məyusluq isə artıq geridə qalıb”.

Daha çox


Son xəbərlər