Çixradze: "Qoldan sonra futbolçularda ruh düşkünlüyü yarandı"

Çixradze: "Qoldan sonra futbolçularda ruh düşkünlüyü yarandı"
ÖLKƏ FUTBOLU 18 Avqust 2013 / 00:20 2417
-  A +

"Qapımıza qol vurulana qədər komandalar bərabər səviyyəli oyun göstərdi. Qoldan sonra isə futbolçularda, sanki, ruh düşkünlüyü yarandı".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Simurq" klubunun baş məşqçisi Georgi Çixradze "Neftçi" ilə oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis yeganə qolun matçın taleyini həll etdiyini bildirib: "Rəqib azlıqda qaldıqdan sonra oyunda dönüş yaratmaq istədik, ikinci hücumçunu oyuna buraxdıq. Təəssüf ki, səhv nəticəsində buraxdığımız qol oyunun taleyini həll etdi".

Daha çox


Son xəbərlər