Mariya Şarapova məşqçisini qovdu

Mariya Şarapova məşqçisini qovdu
XƏBƏR 18 Avqust 2013 / 00:09 1998
-  A +

Rusiyalı tennisçi Mariya Şarapova şəxsi məşqçisi Cimmi Konnorsla yollarını ayırıb.

M.Şarapova amerikalı mütəxəssisin rəhbərliyi altında cəmi 1 oyun keçirdikdən sonra belə qərar verib.
 
Dünyanın 3-cü ən güclü qadın tennisçisi avqustun 14-də Tsintsinnatidə keçirilən turnirin II dövrəsində ABŞ təmsilçisi Sloan Stivensə uduzub. Onun avqustun 26-da Nyu-Yorkda start götürəcək ABŞ-ın açıq çempionatınadək yeni məşqçi tapa biləcəyi məlum deyil.

Qeyd edək ki, Cimmi Konnors Mariya Şarapova ilə əməkdaşlığa iyulda başlayıb. Konnors bu vəzifədə Tomas Hoqstedti əvəzləyib. Şarapova “Böyük dəbilqə” seriyalı turnirlərin 8 qat qalibidir (Lent.az).


Son xəbərlər
topaz banner