Arşavin: "Zenit"də istədiyim qədər oynaya bilmirəm"

Arşavin: "Zenit"də istədiyim qədər oynaya bilmirəm"
XƏBƏR 17 Avqust 2013 / 16:55 1926
-  A +

"Zenit" klubunun futbolçusu Andrey Arşavin komandadakı həyatından danışıb.

Qol.Az-ın məlumatına görə, rusiyalı futbolçu "Zenit"də istədiyi qədər oynamamasından gileylənib:

"Doğma şəhərimə qayıtdığım üçün çox şadam. Burada özümü çox rahat hiss edirəm və "Zenit"də oynadığım üçün qürur hissi keçirirəm. Yeganə məni narahat edən məqam, komandada istədiyim qədər oynaya bilməməyimdir. Görünür, daha çox məşq etməliyəm".

Qeyd edək ki, Arşavin ötən mövsümün sonunda "Arsenal"dan "Zenit"ə transfer olunub.

 


Son xəbərlər
topaz banner