Qətldə şübhəli bilinən futbolçunun həbs müddəti uzadılıb

Qətldə şübhəli bilinən futbolçunun həbs müddəti uzadılıb
XƏBƏR 17 Avqust 2013 / 11:05 1937
-  A +

Moskvanın Lublin məhkəməsi iki ay öncə nəzarət altına alınmış yerli "Torpedo" futbol klubunun müdafiəçisi Mixali Rekudanovun həbs müddətini daha iki ay uzadıb.
 
Futbolçu qətldə ittiham olunur.
 
Bu ilin iyununda o, qiyabi olaraq, qətlə suçlu bilinmişdi. Müdafiəçiyə federal axtarış elan edilmişdi. İyulun əvvəlində futbolçu hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.
 
İstintaqın ehtimalına əsasən, bu il mayın 23-də Moskvanın  cənubunda baş vermiş kütləvi dava-dalaş zamanı Rekudanov adam öldürüb (Lent.az).

Son xəbərlər
topaz banner