Fatih Terimdən Arda Turan açıqlaması

Fatih Terimdən Arda Turan açıqlaması
XƏBƏR 17 Avqust 2013 / 00:41 2931
-  A +

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim "Atletiko" (Madrid) klubunun futbolçusu Arda Turan haqqında danışıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis keçmiş oyunçusunun komandaya transfer oluna biləcəyini deyib.

"Ardanı istədiyimizi hər kəs bilir. Onunla son olaraq mən də görüşdüm. Təxminən iki saat danışdıq. O, bura yenidən gəlmək üçün hər şey edir. Ardanın "Qalatasaray"dan getməsi gözlənilməz oldu. Komandaya qayıtması da gözlənilməz ola bilər. Prezidentimiz bunun reallaşması üçün əlindən gələni edir" - deyə Terim bildirib.

Qeyd edək ki, Arda 2011-ci ildə məhz "Qalatasaray"dan "Atletiko"ya transfer olunmuşdu.

Son xəbərlər
topaz banner