"Azərbaycanda hansısa problem yaşayacağımıza inanmıram"

"Azərbaycanda hansısa problem yaşayacağımıza inanmıram"
ÖLKƏ FUTBOLU 16 Avqust 2013 / 19:30 4687
-  A +

"Əlbəttə, "Herta" ilə oyunda 1:6 hesabı ilə uduzmaq istəməzdik. Bir oyunda 6 qol buraxmaq heç də yaxşı deyil. Ancaq növbəti oyunlarda xallar qazanmağa çalışacağıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Ayntraxt" klubunun yarımmüdafiəçisi Sebastian Rode deyib.

Almaniya mətbuatına danışan 22 yaşlı futbolçu Azərbaycanda hansısa problem yaşayacaqlarına inanmadıqlarını bildirib: "Herta" ilə oyundan sonra təyyarəyə oturub Berlindən ayrıldıq. Qarşıda “Bavariya” ilə çətin oyunumuz var. Bu acı məğlubiyyət qarşıdakı görüşlərdə bizim üçün bəhanə olmamalıdır. Münhen təmsilçisini evdə qəbul etdikdən sonra Bakıya yola düşəcəyik. Azərbaycanda hansısa problem yaşayacağımıza inanmıram. Çünki "Qarabağ"la evdə keçiriləcək cavab matçında istədiyimiz nəticəni qazana bilərik. Bunu bacaracağımıza inanıram. Ona görə də hazırda bizi "Bavariya" ilə oyun düşündürür".

Qeyd edək ki, Bundesliqanın II turunda sabah evdə "Bavariya"nı qəbul edəcək "Ayntraxt" klubu avqustun 22-də Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq.

Daha çox


Son xəbərlər
01.06.24  10:46

Pulsuz mərc gəldi!