"Qarabağ" tam heyətlə məşqə çıxır

"Qarabağ" tam heyətlə məşqə çıxır
XƏBƏR 16 Avqust 2013 / 18:14 2307
-  A +

Topaz Premyer Liqanın III turunda "Xəzər Lənkəran"ı qəbul edəcək "Qarabağ" klubu nəhayət tam heyətlə çalışa biləcək.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, milli oyunlar səbəbiylə Azərbaycan, Albaniya, Konqo və Gürcüstan millilərinə göndərdiyi oyunçularından məhrum olan komanda futbolçularına bu gün qovuşub.

Belə də "Qarabağ" saat 18:30-da başlayacaq məşqə tam heyətlə çıxacaq. Məşq Suraxanı qəsəbə stadionunda baş tutacaq.
 
Qeyd edək ki, "Qarabağ" - "Xəzər Lənkəran" maçı avqustun 18-də, saat 20:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.

Son xəbərlər
topaz banner