Mourinyodan David Luiz açıqlaması

Mourinyodan David Luiz açıqlaması
XƏBƏR 16 Avqust 2013 / 17:55 2470
-  A +

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo futbolçusu David Luizin "Barselona"ya transfer olunacağı ilə bağlı yayılan iddiaları cavablandırıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, o braziliyalı müdafiəçinin heç bir yerə getməyəcəyini deyib.

"David Luiz komandada saxlamaq istədiyimiz futbolçudur. Onun bizimlə dörd illik müqaviləsi var. Oyun planımda çox önəmli bir yerə sahibdir. Luizin "Barselona"ya getmək istəyib-istəmədiyini bilmirəm. Ancaq biz onu satmayacağıq" - deyə Mourinyo bildirib.

Son xəbərlər
topaz banner