Xavi: "O bizə çox şey öyrədib"

Xavi: "O bizə çox şey öyrədib"
XƏBƏR 16 Avqust 2013 / 17:28 2649
-  A +

"Barselona"nın futbolçusu Xavi Hernandez yeni baş məşqçiləri Xerardo Martino haqqında müsbət fikirlər səsləndirib.

Qol.Az-ın məlumatına görə, ispan yarımmüdafiəçi "Sport"a müsahibəsində argentinalı çalışdırıcı sayəsində qısa bir zamanda çox şey öyrəndiklərini deyib:

"O, əsl liderdir və çox təcrübəlidir. İndiyə kim bizə çox şey öyrədib. Artıq əvvəlki gücümüzü bərpa etmişik. Fərqli çalışmalarımız var. Bizə nə istədiyini çox yaxşı şəkildə başa sala bilir".

Qeyd edək ki, "Barselona" La Liqada ilk oyunu bazar günü "Levante"yə qarşı keçirəcək.

Son xəbərlər
topaz banner