Maradonaya 5-ci divizionda iş verildi

Maradonaya 5-ci divizionda iş verildi
XƏBƏR 16 Avqust 2013 / 15:03 2131
-  A +

Ötənlərin məşhur futbolçusu Dieqo Maradona Argentinanın 5-ci divizionunda çıxış edən “Deportivo Riestra” klubunda məsləhətçi işləyəcək.
 
53 yaşlı mütəxəssis komanda qarşısında emosional çıxış edərək, 4-cü diviziona vəsiqə qazanmağın vacibliyini bildirib.
 
O, Buenos-Ayresə səfərləri vaxtı boş vaxt tapan kimi “Deportivo Riesta”ya məsləhətlərini verəcək. Maradonanın əsas iş yeri isə BƏƏ-də idman səfiri vəzifəsidir. Bunadək mütəxəssis “Əl-Vasl” və Argentina millilərinin baş məşqçisi olub.
 
Qeyd edək ki, bu ilin əvvəllərində Dieqo Maradona məşqçi işinə qayıtmaq niyyətində olmadığını açıqlayıb. “Deportivo Riesta” 1931-ci ildə Buenos-Ayresdə təsis olunub. Bu komanda tarixi ərzində heç vaxt 4-cü diviziondan yuxarı qalxa bilməyib (Lent.az).

 

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner