Arsen Vengerdən transfer açıqlaması

Arsen Vengerdən transfer açıqlaması
XƏBƏR 16 Avqust 2013 / 10:27 2615
-  A +

"Arsenal"ın baş məşqçisi Arsen Venger klubunun transfer planları haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan təcrübəli mütəxəssis 18 gün ərzində komandada yeni futbolçular olacağını deyib:

"Aktiv bir zaman keçiririk. "Mançester Yunayted"lə eyni vəziyyətdəyik. Hər kəs bizdən transfer gözləyir, amma indiyə kimi çox transfer etməmişik. Transfer pəncərəsinin bağlanmasına hələ 18 gün var və bu, yetərli qədər uzun vaxtdır. Neçə oyunçu alacağımıza söz verə bilmərəm. Son günə qədər aktiv olacağıq".

Qeyd edək ki, "Arsenal" bu yay yalnız Yaya Sanoqonu transfer edə bilib. Klub Qonzalo İquain və Luis Suarezi transfer etmək istəsə də, bu, baş tutmayıb.

Son xəbərlər
topaz banner