“Qarabağ”ın nümayəndələri “Ayntraxt” – “Bavariya” oyununda

“Qarabağ”ın nümayəndələri “Ayntraxt” – “Bavariya” oyununda
XƏBƏR 15 Avqust 2013 / 19:33 3887
-  A +

“Qarabağ”ın baş məşqçisinin köməkçisi Elçin Rəhmanov və klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov sabah Almaniyaya yola düşür.

Qol.Az-ın məlumatına görə, səfərdə məqsəd avqustun 17-də bundesliqanın ikinci turunda baş tutacaq “Ayntraxt” – “Bavariya” oyununu izləməkdir.

Qeyd edək ki, “Ayntraxt” avqsutun 22-də Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda Ağdam klubu ilə qarşılaşacaq. “Qarabağ” nümayəndələrinin Frankfurta səfərində məqsəd rəqibin oyununu yaxından izləyib məlumat toplamaqdır.


Son xəbərlər
topaz banner