"Mançester Yunayted"dən Özil üçün 40 milyon funt

"Mançester Yunayted"dən Özil üçün 40 milyon funt
XƏBƏR 15 Avqust 2013 / 18:24 2517
-  A +

İngiltərə “Mançester Yunayted”i İspaniyanın “Real” (Madrid) klubunun və Almaniya milli komandasının futbolçusu Məsut Özil üçün 40 milyon funt təklif edib.

"Qırmızı şeytanlar" orta xətti gücləndirməyə qadir oyunçu axtarırlar.
 
Sesk Fabreqas və Tyaqo Alkantaranı ala bilmədikdən sonra bu komanda Özil variantına əl atıb. “Real”ın cavabı bəlli deyil.
 
Qeyd edək ki, Məsut Özilin “Real”la hazırkı müqaviləsi 2016-cı ilin yayında başa çatır. “Kral klubu”nun rəhbərliyi onunla yeni anlaşmadan imtina edib. Səbəb kimi hazırkı sövdələşmənin başa çatmasına xeyli vaxtın qaldığı göstərilib. Özilin ətrafı isə ehtiyat edir ki, İsko, İlyaramendi və Kazemironun alınması onun komandadakı yerini şübhə altında qoya bilər (Lent.az).


Son xəbərlər
topaz banner