Ronaldo: "Mourinyonun adını eşitmək belə istəmirəm"

Ronaldo: "Mourinyonun adını eşitmək belə istəmirəm"
XƏBƏR 15 Avqust 2013 / 17:56 4054
-  A +

"Real"ın (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldo ilə sabiq məşqçisi Joze Mourinyo arasında gərginlik artır.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, Portuqaliya millisinin Hollandiya ilə 1:1 hesabı ilə bərabərə qaldığı oyundan sonra jurnalistlər hücumçuya Joze Mourinyo ilə bağlı suallar verməyə başlayıb.

Ronaldo isə ona verilən sualı belə cavablandırıb: "Mourinyo haqqında danışmağa belə dəyməz. Çünki onun adını belə eşitmək istəmirəm".

Mourinyonun əksinə olaraq, Kriştiano yeni baş məşqçisi Karlo Ançelotti haqqında müsbət fikirlər səsləndirib: "O, böyük bir baş məşqçidir. Ançelotti ilə çalışdığım üçün xoşbəxtəm".

Xatırladaq ki, bundan öncə Mourinyoya Ronaldo haqda sual verilərkən o, belə demişdi: "Mən yalnız bir güclü Ronaldo tanıyıram: braziliyalı Ronaldo".

Son xəbərlər
topaz banner