Topaz Premyer Liqasının 3-cü turunda digər iki paytaxt klubu – “Bakı” və “Rəvan”ın qarşı-qarşıya gələcək.
Qol.Az-ın PFL-ə istinadən verdiyi məlumata görə, son iki mövsümdə Premyer Liqada 4 dəfə üz-üzə gələn paytaxt klubları bu dəfə turnir cədvəlinin son pillələrini bölüşürlər.
Buna qədər keçirilən oyunların ikisində “Bakı” qalib gəlib, digər
ikisində isə heç-heçə qeydə alınıb.
III tur
10.09.2011
Bakı - Rəvan (Bakı) - 3:2
10.12.2011
Rəvan (Bakı) – Bakı - 0:0
18.08.2012
Rəvan (Bakı) - Bakı - 1:1
03.03.2013
Bakı - Rəvan (Bakı) - 2:1
Qeyd edək ki, ilk iki turdan sonra uğursuz çıxış edən “Rəvan” baş məşqçi Ramil Əliyevlə yollarını ayırdı. Komandaya yeni təyin olunmuş baş məşqçi Vladislav Qədirov artıq vəzifələrinin icrasına başlayıb. İlk iki turda “Simurq” və “Neftçi” qarşısında 0-2 hesablı məğlubiyyətlər alan “Rəvan” Premyer Liqada qol hesabını açmayan yeganə komandadır. Ötən mövsüm klubun əsas qol ümidlərindən olan Mindauqas Kalonas yay transfer dövründə məhz “Bakı”ya transfer olunub. İlk iki turda qələbə və xal üzünə həsrət qalan üç komandadan biri olan “Bakı” bu tur daha bir oyunçunun transferini rəsmiləşdirə bilib. 32 yaşlı müdafiəçi Santos Araujo Yuananıstanın “PAOK” klubundan transfer olunub. Qeyd edək ki, hər iki komandanın heyətində cəzalı futbolçular var. “Rəvan”dan Miloş Adamoviç, “Bakı”dan isə Deividas Çesnauskis bu tur meydana çıxa bilməyəcək.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?