Növbəti turda "Neftçi"nin qonağı olacaq "Simurq" hazırlıqlara ara vermədən davam edir.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən növbəti məşqinə çıxan komanda isinmə hərəkətlərindən sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından ibarət təmrinləri yerinə yetirib.
Bundan sonra isə məşqin əsas hissəsinə keçilib. Taktiki və texniki çalışmalar əsasən toplu çalışmalardan ibarət olub. Qısa və uzun ötürmələrdən sonra baş məşqçi Georgi Çixradze futbolçuları mövqelərinə görə ayırıb. Sonda isə ikitərəfli oyunla məşq tamamlanıb.
Qapıçılar Pavel Kapsa, Amil Ağacanov və Rəşad Əzizli qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı məşq edib.
Qeyd edək ki, komanda sabahkı məşqini "Neftçi"ylə oynanılacaq stadionda edəcək. Məşqdən sonra "sarı-qaralar" istirahətə çəkilərək, görüşün başlama saatını gözləməyə başlayacaq. Topaz Premyer Liqasının III turunun açılış oyunu saat 21:00-da start götürəcək.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?