Ötən həftə “Simurq” və “İnter”in simasında yeni mövsümdə klublarımızın Avrokubok macərasına start verildi. Nəticələr ürəkaçan olmasa da, bu gözlənilən idi.
“İnter” ilk matçda səfərdə “Spartak”a uduzsa da, Qutinin vurduğu qol “bankirlər”i növbəti mərhələyə bir xeyli yaxınlaşdırdı. İndiki halda, Bakıda vurulacaq bir qol təmsilçimizi növbəti mərhələyə daşıyacaq. Təbii ki, “İnter” qol vurmaqla yanaşı, həm də qapısının toxunulmazlığını qorumalıdı. Amma istənilən halda, “Simurq”la müqayisədə “bankirlər”in mərhələ adlamaq şansı daha çoxdur.
Düzdür, “Simurq”dan da cavab matçında sürpriz gözləməyə dəyər. Ümid sonda ölür deyirlər. Komandanın baş məşqçisi Roman Pokoranın da dediyi kimi, təmsilçimiz rəqibinə 3 və ya 5:0 hesabıyla deyil, cəmi 1 cavabsız qolla uduzub...
Bu gün çoxları “Simurq”u tənqid atəşinə tutsa da, hadisələrə real baxmaq lazımdır. “Simurq”un məğlubiyyətinin səbəbləri çoxdur. Birincisi, komanda avrokuboklarda debütantdır. Bu cür yarışlarda isə təcrübə böyük önəm daşıyır. İkincisi, komandanın heyəti yenidən qurulub. “Bney İequda” ilə matçın start heyətində 5 yeni futbolçu var idi ki, onların da komandaya dərhal uyğunlaşması qeyri-mümkündür. Bunun üçün bir qədər zamana ehtiyac var. Digər tərəfdən də “Simurq”un rəqibi güclüdür. Kimsə Guy Luzonun ilk oyunöncəsi keçirilən mətbuat konfransında dediklərinə aldana bilər. Amma bir anlıq İsrail və Azərbaycan futbollarını müqayisə edin. Təbii ki, hər iki ölkənin futbollarını tərəzinin bir gözünə qoymaq olmaz. “Bney İequda”nın heyətində oynayan gənc və perspektivli futbolçular belə, bizim əksər milli üzvlərindən daha yaxşı təsir bağışladılar. İyulun 2-də “Bney İequda”nın kapitanı Assi Baqrut və komandanın lideri Eliran Atar respublika stadionunda xariqələr yaradırdılar. Məgər, bizdə o cür futbolçular var? Təbii ki, yoxdur. Olsaydı, millimiz bu gün FİFA reytinqində 139-cu yox, israillilər kimi 25-ci pillədə qərarlaşardı. Əlbəttə, könül istərdi ki, “Simurq” “Bney İequda”nı məğlub etsin. Amma reallıq başqa şey deyir.
“Simurq” son illər çox iş görüb. 4 yaşlı komandanın Azərbaycan çempionatında üçüncü yerə çıxıb, ölkəmizi Avrokuboklarda təmsil etməsi özü böyük uğurdur. Axı, 15 ilə yaxın Zaqatala futbol olmayıb. Bu gün isə Zaqatalada ölkənin ən iddialı klublarından biri var. Eyni zamanda şəhərdə gözəl stadion tikilib. 4 yaş qrupu üzrə komandalar formalaşdırılıb. Bütün bunları yaratmaq asan görünməsin. Həmin komandaların hər birində 20-dən artıq futbolçu çıxış edir. Bu isə o deməkdir ki, zaqatalalı azarkeşlərin sevimli komandalarının heyətində yerli uşaqların forma geyməsini görəcəyi gün uzaqda deyil.
Bütün bunlara baxmayaraq, istənilən halda, cavab qarşılaşmarı öncəsi həm “Simurq”a, həm də “İnter”ə dəstək olmaq lazımdır. Bu gün “Simurq” tənqid olunur. Amma maraqlısı odur ki, “Simurq” hələ mübarizəni başa vurmayıb. Məgər, komandamız səfərdən qələbə ilə dönə bilməz? Təbii ki, bu, münkündür. Maraqlıdır, görəsən, “Simurq” mərhələni səfərdə keçəcəyi halda, bu gün komandanı tənqid edənlər nə deyəcəklər? Unutmayın ki, İsrail klubu buna qədər bir dəfə qarşılaşmışıq ki, səfərdə əldə olunan 2:1-lik qalibiyyət sayəsində mərhələni adlayan tərəf məhz “Qarabağ” olmuşdu. Niyə eyni uğuru “Simurq” təkrarlamasın? Ona görə də gəlin, tələsməyək. Cavab matçı öncəsi “Simurq”a dəstək olaq!
VÜSAL
Çempion "Qarabağ" belə mükafatlandırıldı - Video
"Qarabağ"dan "Kəpəz"ə 3 qol - Video
"Həm sevinirəm, həm də məyus oluram" - Qurban Qurbanov
"Güclünün tərəfində olmaq asandır" - Azər Bağırov
"Qarabağ" "Kəpəz"ə, "Neftçi" "Səbail"ə qalib gəldi
"Neftçi" 3 xalı 3 qolla qazandı - Video
"Yeni mövsümdə başqa komanda olacağıq" - Samir Abasov
"Rəhbərliklə fikirlərimiz üst-üstə düşür" - Elvin Məmmədov
Mahir Emrelidən “Nürnberq”ə het-trikli vida
"Qarabağ" - "Kəpəz" matçı üçün heyətlər
Əminə Əliyeva dünya çempionu oldu
"Neftçi" - "Səbail" : Heyətlər
Çempionun bəlli olacağı turun oyunlarının vaxtı açıqlandı
Superkubokun tarixi bilindi
Braziliya klubundan Ronaldoya təklif
Di Mariya "Benfika"dan ayrılır
"Zirə" büdcəsini açıqladı
1-ci liqada 27-ci turun oyunlarının vaxtı bilindi
"Sabah" Rusiyada keçirilən beynəlxalq turnirdə 2-ci oldu
Mövsümün son turunun oyunlarının vaxtı açıqlandı
Portuqaliyada çempion bəlli oldu
Naxçıvanda avrokubok coşqusu - Video
Prezidentin nəvəsi dünya çempionatının finalında - Şəkillər
Bundesliqada mövsümə yekun vuruldu
İngiltərə kubokunun qalibi bilindi
"Bayer"in futbolçusu "Liverpul"la anlaşdı
"Turan Tovuz" "Sumqayıt"a belə qalib gəldi - Video
Zirədə 2 qol vuruldu - Video
"Neftçi" sabahkı matça 5 itki ilə çıxacaq
"Araz-Naxçıvan"ın qələbəsindən - Video
Vurğun Hüseynov: "Özümü məşqçi hesab etmirəm"
"Bunları rəhbərliklə müzakirə etməliyik" - Elmar Baxşıyev
Ayxan Abbasov: “Əgər "Şamaxı"da qalsam…”
Rəşad Sadıqov “Sabah”la oyundan danışdı
Benzia Tunis çempionu ilə danışıqlar aparır
Berezutski oyundan razı, nəticədən narazıdır
“Araz-Naxçıvan” 3-cü yeri və Konfrans Liqasını təmin etdi
Qvardiola: "İngiltərə kuboku əhəmiyyətli deyil"
"Liverpul"da yeni müqavilə - Rəsmi
"Santos"un Neymar qərarı
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər
"Zirə" - "Sabah": Heyətlər
Sumqayıtda heyətlər açıqlandı