“Qarabağ” UEFA-ya müraciət edəcək

“Qarabağ” UEFA-ya müraciət edəcək
XƏBƏR 15 Avqust 2013 / 12:56 4001
-  A +

“Qarabağ” Avropa Liqanın “pley-off” mərhələsində Almaniyanın “Ayntraxt” klubu ilə oyunda baş tutacaq mümkün təxribatla bağlı UEFA-nı məlumatlandıracaq. Bu barədə Modern.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

O bildirib ki, yarışı keçirən klub da UEFA oyunlarında siyasi məsələlərin qabardılmasının qəti əleyhinədir. Odur ki, bunu edən klubu çox ciddi cəza gözləyir. “Çünki ikinci təsnifat mərhələsində “Qarabağ”la Polşanın “Piast” klubu ilə son oyunda da qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını asmışdılar. Etirazımızdan sonra bayraq yığışdırıldı. UEFA-ya şikayət etdik və UEFA nümayəndəsi bunu öz protokolunda yazdı”.

Klub sözçüsü onu da bildirib ki, Almaniyanın “Ayntraxt” klubu ilə oyundan qabaq UEFA nümayəndəsi ilə görüş zamanı bu məsələni qabardacaqlar. “Hər oyundan əvvəl UEFA nümayəndəsi və klubun rəhbərliyi ilə görüş olur. Onlara da yenidən belə bir təxribatın olmaması üçün öz tövsiyələrimizi verəcəyik. Qarşı tərəf də yaxşı bilir ki, əgər belə bir hal olsa, rəqib komandanı ciddi cəza gözləyir. Biz də öz növbəmizdə onlara bu barədə məlumat verib bunun qarşısının alınmasına çalışacağıq”.

Qeyd edək ki, ötən gün Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin sədri Toğrul Əziz bildirib ki, “Qarabağ”la Almaniyanın “Ayntraxt” klubunun oyunu zamanı erməni separatçılarının təxribat törədəcəkləri barədə onlarda məlumat var. Toğrul Əziz bununla bağlı “Qarabağ” kluubnun rəhbərliyinə müraciət edib.


Son xəbərlər
topaz banner