Futbol üzrə İsrail milli komandasının baş məşqçisi Eli Qutman 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki növbəti matçda Azərbaycan yığmasını məğlub etməyin yolunu göstərib.
Qol.Az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Qutman bu barədə ötən gün Ukraynaya 0:2 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra açıqlama verib.
O bildirib ki, Ukraynanın bir toxunuşla etdiyini İsrail iki toxunuşla yerinə yetirib. Nəticədə komandası əks-hücumlara sürətlə keçə bilməyib. Eyni zamanda İsrail futbolçuları ötürmələrdə dəqiq olmayıb: “Rəqibin tempinə dözə bilməməyimizdən məyus oldum. Ukrayna millisi 2 səhvimizdən əla yararlandı və əks-hücumlarda qol vurdu”.
Qutmanın sözlərinə görə, Azərbaycanla növbəti oyun fərqli olacaq: “Biz bu komandaya evdə qalib gəlmək istəyiriksə, Ukrayna kimi bir toxunuşla oynamalıyıq. Belə futbolçularımız da var”.
Qeyd edək ki, Ukrayna – İsrail matçını Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanov da izləyib. İsraillə görüş sentyabrın 7-də Təl-Əviv şəhərindəki “Ramat-Qan” stadionunda olacaq və Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?