Türkiyə millisinin oyununa 2 min azarkeş gəldi

Türkiyə millisinin oyununa 2 min azarkeş gəldi
XƏBƏR 15 Avqust 2013 / 10:51 2323
-  A +

Türkiyə milli komandasının Qana ilə hazırlıq matçı çox az futbolsevərlər tərəfindən izlənilib.

Qol.Az-ın eurosport.com-a istinadən verdiyi məlumata görə, son altı matçda qələbə qazana bilməyən qardaş ölkənin oyunu 76 min azarkeş tutumu olan "Atatürk Olimpiyad stadionu"nda baş tutub. Ancaq bu qarşılaşmanı dəvətlilərlə birgə cəmi 2 min azarkeş stadiondan izləyib.

Qeyd edək ki, Türkiyə - Qana matçı 2:2 hesabı ilə başa çatıb.

Son xəbərlər
topaz banner