Benayun: "İsrail millisi sensasiya edə bilər"

Benayun: "İsrail millisi sensasiya edə bilər"
XƏBƏR 14 Avqust 2013 / 17:48 1945
-  A +

"DÇ-2014"ün seçmə mərhələsində millimizin rəqiblərindən olan İsrail yığmasının kapitanı Yossi Benayun komandasının "DÇ-2014"ün seçmə mərhələsindəki şanslarını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, Benayun komandasının seçmə mərhələdə sensasiya edəcəyinə inandığını bildirib:

"Əgər dünya çempionatının final mərhələsinə vəsiqə qazansaq, bu möhtəşəm sensasiya olar. Lakin bunun üçün bizdən güclü olan Rusiya və Portuqaliya ilə oyunlarda qələbə qazanmalıyıq".

Qeyd edək ki, sentyabrın 9-da evdə millimizi qəbul edəcək İsrail yığması 3 gün sonra səfərdə Rusiyanın qonağı olacaq.


Son xəbərlər
topaz banner