"Qəbələ" "Sumqayıt"la oyunun hazırlıqlarına başladı

"Qəbələ" "Sumqayıt"la oyunun hazırlıqlarına başladı
XƏBƏR 14 Avqust 2013 / 17:00 1315
-  A +

Topaz Premyer Liqasının II turu çərçivəsində keçirilmiş "Qəbələ"-"İnter" (3:2) matçından sonra 2 günlük istirahətə buraxılan "qırmızı-qaralar" bu gün yenidən doğma məkanda bir araya gəlib.

Qol.Az-ın klubun saytına isitnadən yaydığı xəbərə görə, baş məşqçi Yuri Syominin rəhbərliyi altında toplanan komanda Premyer Liqanın növbəti - III turunda baş tutacaq "Sumqayıt"-"Qəbələ" oyununun hazırlıqlarına start verib. Hazırlıq prosesinə tam heyətlə qatılan "Qəbələ"nin düşərgəsində yüksək əhval-ruhiyyə müşahidə olunub.

Xatırladaq ki, "Sumqayıt"-"Qəbələ" görüşü avqustun 19-u saat 18:00-da start götürəcək. Matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.


Son xəbərlər
topaz banner