Bu gün AFFA-nın inzibati binasında keçirilən İcraiyyə Komitəsinin iclasında bir sıra qərarlar qəbul edlib.
Qol.Az-ın məlumataına görə, iclasda eyni zamanda AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə I dərəcəli təqaüdün verilməsi barədə əlavə edlib.
- Topaz Premyer Liqasında çıxış edən bütün klublarda minimum 5 nəfərdən ibarət İdarə Heyəti yaradılsın. Bununla əlaqədar klubların yeni strukturu və İdarə Heyətinin üzvləri AFFA rəhbərliyi tərəfindən təsdiq olunması üçün baş katibliyə təqdim edilsin. İdarə Heyətinin tərkibində bir veteran futbolçunun iştirakı ödənişli əsaslarla təmin olunsun. Bu strukturun formalaşması üçün AFFA tərəfindən lazımi köməklik göstərilsin və proses 2013-cü ilin sonundək başa çatdırılsın.
- Topaz Premyer Liqasında çıxış edən klubların nəzdində U-19 komandası yaradılsın və AFFA tərəfindən keçirilən U-19 Liqasında iştirakı təmin edilsin.
- AFFA-nın U-12 Liqasının yaradılsın.
- AFFA-nın bütün uşaq liqalarında "Yaşıl kart" qaydası tətbiq olunsun. FAIR PLAY qaydalarına daha çox əməl edən futbolçular (AFFA-nın bütün liqaları və Topaz Premyer Liqası klublarının futbolçuları) və klub AFFA ilin sonunda tərəfindən mükafatlandırılsın
- Birinci Divizionda çıxış edən futbolçuların limiti 2013-2014-cü il mövsümündən etibarən 6 nəfər 21 yaşadək yerli futbolçu sistemi ilə tətbiq olunsun.
- AFFA-nın bayrağı altında keçirilən müxtəlif yaş qruplarından ibarət liqalarda bütün uşaq komandalarının baş məşqçiləri minimum C lisenziyalı məşqçi kateqoriyasına (Topaz Premyer Liqası klublarının nəzdindəki uşaq komandalarının baş məşçisinin kateqoriyası lisenziyalaşdırma qaydalarına əsasən tənzimlənir) malik olmalıdır. Kurslarda təhsil haqqı AFFA tərəfindən ödəniləcək. Bunun üçün 6 ay müddət nəzərdə tutulur.
- "Kəpəz" klubunun Birinci Divizionda iştirakı təmin edilsin və AFFA İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov kluba AFFA tərəfindən kurator təyin olunsun.
- AFFA-nın Futbol Veteranları Fondunun I dərəcəli təqaüdü təsis olunsun və bununla bağlı Əsasnaməyə əlavə təsdiq edilsin (Əsasnaməyə əlavə AFFA-nın saytında yerləşdiriləcək).
Aşağıdakı şəxslərə AFFA-nın xüsusi təqaüdü verilsin:
1. Ələkbər Məmmədov
2. Kazbek Tuayev
3. Ağasəlim Mircavadov
4. Rüstəm Rəhimov
5. Əhməd Ələsgərov
6. Çingiz İsmayılov
7. Valeri Hacıyev
8. Yaşar Babayev
9. Mübariz Zeynalov
Futbol veteranlarına AFFA-nın I dərəcəli təqaüdünün verilməsi qaydalarının müəyyənləşdirilməsi məqsədilə AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə aşağıdakı əlavə və dəyişikliklər olunur:
1. AFFA-nın I dərəcəli təqaüdçüsü yalnız SSRİ çempionatının Yüksək liqasında "Neftçi" komandasının əsas heyətində ən azı bir mövsüm çıxış etmiş, 63 yaşa çatmış, Azərbaycan Respublikasının vətəndaşı və onun ərazisində yaşayan, habelə futbol sahəsində sosial və təhsil fəaliyyəti ilə məşğul olan şəxs ola bilər.
2. AFFA-nın I dərəcəli təqaüdçüsü milli yığma komandaların baş məşqcisı, dünya və Avropa çempionatlarının seçmə və final mərhələsində, habelə Olimpiya oyunlarında çıxış etmiş, o cümlədən dövlət tərəfindən mükafatlandırılmış şəxs ola bilər.
3. AFFA-nın I dərəcəli təqaüdçüsü milli yığma komandanın əsas heyətində dünya və Avropa çempionatının seçmə və final mərhələlərində 50 və daha artıq oyun kecirmiş Azərbaycan Respublikasının vətəndaşı və onun ərazisində yaşayan şəxs ola bilər.
4. AFFA-nın I dərəcəli təqaüdçüsü SSRİ çempionatının Yüksək liqasında "Neftçi" komandasının əsas heyətində ən azı bir mövsüm çıxış etmiş və karyerasını başa vurduqdan sonra uzun müddət futbol hakimi kimi SSRİ yarışlarında, habelə FIFA və UEFA turnirlərində fəaliyyət göstərmiş şəxs ola bilər.
5. AFFA-nın I dərəcəli təqaüdçüsü yalnız SSRİ çempionatının Yüksək liqasında "Neftçi" komandasının əsas heyətində ən azı bir mövsüm çıxış etmiş, 63 yaşa çatmış, Azərbaycan Respublikasının vətəndaşı və onun ərazisində yaşayan, habelə futbol sahəsində sosial və təhsil fəaliyyəti ilə məşğul olan, gənclər arasında SSRİ, dünya və Avropa çempionatlarında yüksək nailiyyətlərə nail olmuş şəxs ola bilər.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?