"Araz" I diviziona buraxıldı

"Araz" I diviziona buraxıldı
XƏBƏR 14 Avqust 2013 / 14:57 2079
-  A +

Naxçıvanın “Araz” futbol klubunun Azərbaycan çempionatının I divizionunda iştirakına rəsmən icazə verilib.

Bu barədə AFFA İcraiyyə Komitəsi qərar çıxarıb.
 
Komitə üzvü Mirkamil Rəhimov Lent.az-a bildirib ki, I divizion komandalarının Naxçıvana səfər xərclərini AFFA öz üzərinə götürüb. “Araz”ın özü isə səfər oyunlarına öz hesabına gedəcək.
 
Qeyd edək ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev daha öncə jurnalistlərə açıqlamasında Naxçıvanda regional liqa yaratmaq istədiklərini söyləmişdi. O demişdi ki, regional liqanın qalibi ilə I divizion qalibi arasında “pley-off” görüşünün keçirilə və nəticədə Premyer Liqaya vəsiqə sahibinin adına aydınlıq gələ bilər.

 


Son xəbərlər
topaz banner