AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov AFFA İcraiyyə Komitəsinin legioner limitinin dəyişdirilməsi haqda bu gün verdiyi qərarı şərh edib.
Qərara əsasən, yeni mövsümdən Azərbaycan çempionatında bir matçda əsas heyətdə yeddi yox, altı legioner oynayacaq, digər beş futbolçu isə yerli olmalıdır. Onlardan ikisinin yaşı 21-i keçməməlidir.
Qol.Az saytına açıqlamasında V.Sadıqov yeni qaydaları dəstəklədiyini bildirib. Qedy edib ki, belə bir qərarın verilməsi futbolumuzun inkişafına xidmət edəcək: “Sevindirici haldır ki, legioner limiti dəyişdirildi. İndi azərbaycanlı futbolçular üçün daha çox oynamaq şansı yaranacaq. Ən yaxşı məqam odur ki, bundan sonra 5 azərbaycanlı futbolçudan ikisi 21 yaşa qədər olan oyunçu olacaq. Bu qərarın Azərbaycan futboluna xeyri dəyəcək. İnanıram ki, bunun bəhrəsini görəcəyik”.
V.Sadıqov AFFA İcraiyyə Komitəsinin qərarına əsasən bu mövsüm Premyer Liqada sonuncu yeri tutan komandanın birinci diviziona düşməsinin də düzgün atılan addım adlandırırb. “Bu, belə də olmalı idi. Əslində mən qərarın daha sərt olmasını istəyərdim. Yəni Premyer Liqada 9-cu yeri tutan komanda ilə birinci divizionda ikinci olmuş komanda arasında pley-off oyunu keçirmək daha yaxşı olardı. Yəni birinci diviziondan iki komandanın Premyer Liqaya yüksəlməsinin tərəfdarıyam. Bununla da birinci divizionda maraq artardı. Premyer Liqada isə son tura qədər ciddi mübarizə gedərdi”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası