Topaz Premyer Liqada legioner limiti yenə dəyişdirildi

Topaz Premyer Liqada legioner limiti yenə dəyişdirildi
ÖLKƏ FUTBOLU 14 Avqust 2013 / 13:41 3318
-  A +

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Qol.Az-ın məlumatına görə, iclasda Topaz Premyer Liqasında legioner limiti yenə dəyişdirilib.
 
Qərara əsasən, yeni mövsümdən Azərbaycan çempionatında bir matçda əsas heyətdə yeddi yox, altı legioner oynayacaq, digər beş futbolçu isə yerli olmalıdır. Onlardan ikisinin yaşı 21-i keçməməlidir.

Xatırladaq ki, hazırda çempionatımızdakı legioner limiti 7+3-1 qaydasındadır.

Bundan başqa, bu mövsüm Topaz Premyer Liqada sonuncu yeri tutan komanda birinci diviziona düşəcək, birinci divizionun qalibi isə Premyer Liqaya yüksələcək.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu