“Maltanın Lüksemburqla oyununa baxmışıq. Bilirik ki, yaxşı komandadır. Aqressiv futbol oynayırlar”.
Qol.Az saytına açıqlamasında bu sözləri milli komandamızın və “Sumqayıt”ın qapıçısı Anar Nəzirov yığmamızın Malta ilə bügünkü yoldaşlıq oyunu haqda danışarkən deyib.
Onun sözlərinə görə, Malta ilə oyunun millimiz üçün böyük əhəmiyyəti var. İsraillə oyuna hazırlıq üçün bu qarşılaşma komandamıza vacibdir: “Maltanı İsraillə müqayisə etmək olmaz. Ancaq bunlar da rəqabət aparılası komandadır. Məncə, İsraillə oyunqabağı bu yoldaşlıq görüşünün bizə xeyri dəyəcək. Çalışacağıq ki, qalib gəlib İsraillə oyuna yaxşı əhval-ruhiyə ilə çıxaq. Yoldaşlıq oyunu olmasına baxmayaraq, bizdə qələbə istəyi böyükdür. Çünki bu, bizə əlavə stimuldur. Həm də milli komandamız indiyədək Malta ilə üç dəfə qarşılaşıb və hər oyunda məğlub olub. Bunu da nəzərə alıb qalib gəlməliyik”.
A.Nəzirov Topaz Premyer Liqanın II turunda “Qarabağ”a böyükhesablı məğlubiyyəti (1:5) də şərh edib: “Xəzər Lənkəran”a qarşı yaxşı mübarizə apardıq. Onları üstələyə bildik. Ancaq “Qarabağ”la oyunda gənc futbolçularımız təcrübəli komanda ilə bacarmadı. Rəqib bizi aldatdı. Futbolçularımıza oynamaq imkanı verdilər, komandamız hücumlara qoşulduqda isə bizi cəzalandırdılar. Qol buraxdıqca irəli atılıb hesabı dəyişmək istəyirdik. Bu da təcrübəsizlikdəndir. Yəni belə komandaya qarşı daha ehtiyatlı olmaq lazım idi. “Sumqayıt” gənc komandadır. Bizə çox çalışmaq lazımdır. Həm də zədəlilərimiz də çoxdur. Onlar da sıraya döndükdən sonra hər şey qaydasına düşəcək. Elə bir komandamız var ki, futbolçuların çoxu bura heyətə düşmək üçün gəlib. Yəni təcrübəsizlik olmalıdır. Bir çox futbolçumuz icarə əsasında oynayır. Bundan sonra yenə uduza bilərik. Ancaq bu bizi həvəsdən salmamalıdır. Çünki “Sumqayıt” təkcə azərbaycanlılardan qurulan yeganə komandadır. Legioner gətirilməsi üçün də şərait var. Ancaq rəhbərlik yerli futbolçulara üstünlük verir. İnşallah özümzü doğrulda biləcəyik”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?