Mövsümlərarası fasilədə dizindən əməliyyat keçirmiş "Sumqayıt" klubunun kapitanı Samir Abasov zədəsini sağaldaraq məşqlərini davam etdirir.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan S.Abasov komandasının çıxışı və zədəsi haqda fikirlərini bölüşüb:
"Bildiyiniz kimi, bir müddət əvvəl Rusiyada dizimdən əməliyyat olundum. On günlük istirahətin ardından yüngül məşqlərə başladım. Artıq bir həftədir ki, komanda ilə birgə hazırlışıram. İndi özümü yaxşı hiss edirəm. Bərpa prosesini tamamlamaq üzrəyəm. İnşallah, məşqçilər lazım bilsələr, növbəti turda "Qəbələ" ilə qarşılaşmada meydana çıxa bilərəm. Düzdür, hələ tam hazır deyiləm, amma tez bir zamanda əvvəlki formamı bərpa edəcəyəm".
Abasov arxada qalan iki turu dəyərləndirməklə yanaşı gələcək üçün nikbin olduğunu bildirib: "Mövsüm öncəsi bir çox problemlərlə üzləşdik. Komanda tam heyətlə hazırlaşa bilmədi. Hətta Gürcüstandakı təlim-məşq toplanışına da tam heyətlə getmədik. Amma buna baxmayaraq, komanda mövsümün ilk turunda "Xəzər Lənkəran"la oyunda yaxşı təsir bağışladı. Həmin görüşdə qələbə qazanmağa yaxın olsaq da, təcrübəsizliyin qurbanı olduq. Heyətdə yer alan futbolçuların böyük əksəriyyəti cavanlardır. Onlara bir qədər vaxt lazımdır. "Qarabağ"la görüşdə isə çox pis oynadıq və nəticədə məğlub olduq. Düşünürəm ki, zədəli futbolçular sıraya döndükdən sonra və cavanlar bir-iki tur birgə oynadıqdan sonra vəziyyət yaxşılaşacaq".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası