Ronaldinyo daha bir türk klubunun hədəfində

Ronaldinyo daha bir türk klubunun hədəfində
XƏBƏR 14 Avqust 2013 / 13:06 2770
-  A +

Bu yay Florent Maluda və Bosinqva kimi məşhur futbolçuları transfer edən "Trabzonspor" klubu daha bir ulduz oyunçunu heyətinə qatmağa hazırlaşır.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komanda bu dəfə "Atletiko Mineyro"nun futbolçusu Ronaldinyonu komandaya gətirmək istəyir.

"Beşiktaş"ın da maraq dairəsində olan braziliyalı futbolçu üçün Trabzon təmsilçisinin hətta danışıqlara da başladığı iddia edilir.
 
Sponsporların köməyi ilə Türkiyə klubunun Ronaldinyonun transfer məbləğində heç bir problem yaşamayacağı bildirilir.

Son xəbərlər
topaz banner