Mourinyo "Anji"nin futbolçusunu istəyir

Mourinyo "Anji"nin futbolçusunu istəyir
XƏBƏR 14 Avqust 2013 / 12:21 2503
-  A +

Rusiyanın "Anji" klubunun hücumçusu Samuel Eto'O yenidən sabiq baş məşqçisi Joze Mourinyo ilə işləyə bilər. 

Qol.Az-ın məlumatına görə, "Çelsi" klubunun çalışdırıcısı kamerunlu futbolçunun transferində israrlıdır.

London təmsilçisi 32 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə 5,8 milyon avro təklif edib. Mahaçqala klubu hələlik bu təklifə heç bir münasibət bildirməyib.

Qeyd edək ki, "Anji"nin heyətində 71 oyun keçirən Eto'O 36 dəıfə rəqib qapılarına yol tapıb.


Son xəbərlər
topaz banner