“Ürəyimdən “Kocaelispor” keçir, amma hələ ki, qərarımı verməmişəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri Türkiyə mətbuatına verdiyi açıqlamada milli komandamızın kapitanı Rəşad Sadıqov deyib. Təcrübəli müdafiəçi bildirib ki, yenidən karyerasını məhz İzmit klubunda davam etdirməsi də mümkündür: “Həqiqətən də “Kocaelispor”dan təklif almışam. Amma rəhbərliklə üz-üzə görüşümüz olmayıb. Yalnız telefonla əlaqəsi saxlamışıq. Sözün açığı, “Kocaelispor”dan ayrılan futbolçuların adlarını eşidərkən, çox məyus oldum. Çünki superliqanı tərk etsək də, heyətimiz yaxşıydı. Bilirəm ki, indi “Kocaelispor”da yeni komanda qurulur. Mənə də transfer təklifi olunub. Amma heç kimə komandada qalacağım barədə açıqlama verməmişəm. Bank Asya birinci liqasından da məni istəyən klublar var. Menecerim isə bir qədər gözləməyimi məsləhət görüb”.
Rəşad “Qarabağ” haqda da danışıb: “Sözün açığı, heç özüm də tələsmirəm. Beş gündür Qızılcahamamda “Qarabağ”ın heyətində hazırlıq keçirəm. Formamı itirməmək üçün məşqlərdə bütün gücümlə çalışıram. “Qarabağ”da hazırda stoper problemi var. Məndən kömək istədilər. Avroliqanın ikinci mərhələsində onlara kömək edəcəyəm. İlk oyunumuz iyulun 16-da, cavab qarşılaşması isə iyulun 23-dədir. Həmin vaxtadək transfer görüşlərim davam edəcək. Çox güman ki, yeni klubumun da adı məhz 23-dən sonra bilinəcək. Hədəfi olan komandada forma geymək istəyirəm. Bu tələbi “Kocaelispor” rəhbərliyinə də bildirmişəm”.
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı
İstanbul derbisinin hakimləri bilindi
"Sabah" Rəvan Həmzəzadəni özü ilə aparacaq?!
Artetanın oğlu "Arsenal"da debüt etdi
Yamal zədələndi
Onlar da İngiltərə Premyer Liqasını tərk edəcəklər
Qurban Qurbanov nəyə və kimlərə gülürdü?
"Çelsi"də baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşdi
Azərbaycan boksçusu dünya kubokunda daha bir qələbə qazandı
"Hamı gördü, təmiz penalti idi" - Fabian Buntiç
Nəriman qələbəni kənardan izlədi
DÇ-2026-da İranı İtaliya ilə əvəzləməyi təklif etdi
Benzia "Sabah" - "Qarabağ" oyunu haqda - "Hakim biabırçıdır"
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Qalatasaray" kubokla vidalaşdı - Video
Azərbaycanın güləş millisi Avropa çempionu oldu
"Sabah" - "Qarabağ" matçından - Video