"Arda "Atletiko"dan ayrılmayacaq"

"Arda "Atletiko"dan ayrılmayacaq"
XƏBƏR 14 Avqust 2013 / 01:05 2279
-  A +

"Atletiko"nun (Madrid) futbolçusu Arda Turan yeni mövsümdə də klubunun formasını geyəcək.

Qol.Az-ın məlumatına görə, oyunçunun meneceri Ahmet Bulut "Trt Spor"a açıqlamasında Ardanın heç bir kluba transfer olunmayacağını deyib: "Ardaya rəsmi təkliflər var, ancaq hansı komandalar olduğunu demək doğru olmaz. Arda "Atletiko"dan ayrılmayacaq. Madriddə qalacaq".

Bulut yanız hər hansı klubun 24 milyon avro verəcəyi təqdirdə onun satıla biləcəyini bildirib: "Ancaq o zaman da futbolçu ilə razılıq əldə olunmalıdır. "Atletiko" da onu buraxmır".


Son xəbərlər
topaz banner