UEFA “Qarabağ”ın oyununun vaxtını dəyişdi

UEFA “Qarabağ”ın oyununun vaxtını dəyişdi
ÖLKƏ FUTBOLU 13 Avqust 2013 / 22:05 6781
-  A +

UEFA Avropa Liqasının pley-off mərhələsinin avqustun 29-da “Ayntraxt”la “Qarabağ” arasında Frankfurtda baş tutacaq cavab oyununun başlama saatında dəyişiklik edib. Bu haqda Qol.Az-a Ağdam klubunun meneceri Asif Əsgərov məlumat verib.

Almaniya təmsilçisi ilə görüş əvvəlcədən nəzərdə tutulduğu kimi, yerli vaxtla saat 21.05-də deyil, 20.30-da (Bakı vaxtı ilə saat 23.30) başlanacaq.

Xatırladaq ki, bu komandaların Bakıdakı ilk oyunu isə avqustun 22-si, saat 21.00-da start götürəcək.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə