"Ayntraxt" "Qarabağ"a 3 min yer ayırdı

"Ayntraxt" "Qarabağ"a 3 min yer ayırdı
ÖLKƏ FUTBOLU 13 Avqust 2013 / 19:22 3973
-  A +

Avropa Liqasının pley-off mərhələsinin avqustun 29-da Frankfurtda baş tutacaq "Ayntraxt" – "Qarabağ" oyununa artıq 41 min bilet satılıb.

Qol.Az-ın alman klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun gününə qədər bütün biletlərin satılacağı gözlənilir.

Almanlar "Qarabağ"lı azarkeşlərin stadionda az olacağını ehtimal edirlər. Bununla belə, "Ayntraxt" tərəfi azərbaycanlı azarkeşlər üçün stadionun şərq tribunasında 3 min yer ayırıb.  

Qeyd edək ki, 51.500 azarkeş tutumuna malik "Kommersbank Arena"da keçiriləcək "Ayntraxt" - "Qarabağ" oyunu avqustun 29-da, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu