Mario Qötzedən debüt matçında iki qol

Mario Qötzedən debüt matçında iki qol
XƏBƏR 13 Avqust 2013 / 17:19 2819
-  A +

"Bavariya"nın futbolçusu Mario Qötze yeni klubu ilə ilk oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, bu, Münhen təmsilçisinin Macarıstan çempionu "Gyor"la oynadığı hazırlıq matçında baş tutub.

Komandada debüt edən 21 yaşlı hücummeyilli yarımmüdafiəçi ilk oyundaca iki qol vurub. Ümumi hesab isə "Bavariya"nın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra fikirlərini "TZ"ə bölüşən futbolçu matçın onun üçün çox yaxşı keçdiyini deyib.

Amma Qötze Bundesliqada bu həftə "Aytraxt"la oynayacaqları matçda ilk "11"likdə yer almayacağını bildirib: "Hələ də çatışmamazlıqlarım var".

Son xəbərlər
topaz banner