"Qarabağ"ın rəqibi Çexiya millisinin hücumçusunu alır

"Qarabağ"ın rəqibi Çexiya millisinin hücumçusunu alır
XƏBƏR 13 Avqust 2013 / 16:47 3154
-  A +

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Almaniyanın "Ayntraxt" klubu heyətini gücləndirmək niyyətindədir.

Qol.Az-ın məlumatına görə, Frankfurt təmsilçisi Çexiyanın "Sparta" (Praqa) klubunun hücumçusu Vaçlav Kadleçlə yaxından maraqlanır.

"Ayntraxt" klubu "Qarabağ"la oyunlara qədər bu transferi həll etməyi planlaşdırır.

Qeyd edək ki, 2008-ci ildən "Sparta"nın şərəfini qoruyan Kadleç Çexiya millisinin heyətində keçirdiyi iki oyunda bir qola imza atıb.


Son xəbərlər
topaz banner