“Monako”nun cəzası ləğv olundu

“Monako”nun cəzası ləğv olundu
XƏBƏR 13 Avqust 2013 / 13:55 1861
-  A +

Fransa Futbol Federasiyasının bu mövsüm yenidən əsas liqada oynayan "Monako"ya verdiyi cəza ləğv edilib.

Qol.Az-ın goal.com-a istinadən verdiyi məlumata görə, klub may ayında "Le Mans"la matçda azarkeşlərinin etdiyi hərəkətlər səbəbindən yeni mövsümdə 2 xalı silinmiş və bir oyun azarkeşiz oynamaqla cəzalandırılmışdı.

Bu qərarın ardından apelyasiya şikayəti verən "Monako"nun etirazı qəbul olunub və cəza ləğv olunub.

Qeyd edək ki, sözügedən qarşılaşmada azarkeşlər meydana daxil olmuş və onlardan biri hakimə fiziki təzyiq etmişdi.


Son xəbərlər
topaz banner