PSJ "Barselona"nın futbolçusunu istəyir

PSJ "Barselona"nın futbolçusunu istəyir
XƏBƏR 13 Avqust 2013 / 13:49 3007
-  A +

Fransanın PSJ klubu növbəti transfer hədəfini açıqlayıb.
 
Qol.Az-ın "Le 10 Sport"a istinadən verdiyi məlumata görə, Paris təmsilçisi bu dəfə "Barselona" klubunun müdafiəçisi Daniel Alveşə "elçi" düşüb.

Son Fransa çempionu 30 yaşlı futbolçuya yüksək gəlirli müqavilə təklif edib. Lakin braziliyalı futbolçu "Barselona"dan ayrılmaq istəmədiyini bildirib.

Qeyd edək ki, PSJ Alveşin keçidini həll edə bilməyəcəyi təqdirdə "Arsenal"ın müdafiəçisi Bakari Sanya ilə danışıqlara başlayacağı iddia olunur.


Son xəbərlər
topaz banner