“Qarabağ” nə “Barselona”, nə “Real”, nə də “Arsenal”dır. Ona görə də komandamızdan belə səviyyəli komandaların nümayiş etdirdiyi oyunu tələb etmək olmaz. Amma öz gücü və qabiliyyəti nəticəsində həmişə Avroliqada gözəl oyunlar nümayiş etdirib. Statistikiya nəzər salsaq, görərik ki, “Qarabağ”ın indiyədək avrokubklarda qələbəsi məğlubiyyətindən çoxdur. Həm də “Qarabağ” Azərbaycanda ilk dəfə avrokubokda qələbə qazanan komandadır. “Qarabağ” həmişə ləyaqətlə çıxış edib. Ancaq bizim “Qarabağ”dan “Arsenal”ın, “Bavariya”nın, “Qalatasaray”ın oyununu tələb etməyimiz gülməli çıxar. Komandamız bundan sonra da ləyaqətlə oynayacaq”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ” klubunun fəxri prezidenti, millət vəkili Aqil Abbas deyib. O qeyd edib ki, “Qarabağ”ın Avroliqanın qrup mərhələsinə düşəcəyinə inanır: “Bunun üçün “Qarabağ”ın yaxşı heyəti, ağıllı baş məşqçisi var: “İnanıram ki, “Qarabağ” “Ayntraxt” klubuna qalib gələcək və qrup mərhələsinə düşəcək. Keçən dəfə Almaniya klubu “Borussiya”ya (Dortmund) uduzduq. Ancaq məndə inam var ki, bu dəfə almanları keçəcəyik. Çünki “Qarabağ” artıq öz oyun üslubunu tapıb, hansı komanda ilə necə oynamaq lazım olduğunu bilir. Qurban Qurbanov artıq öz sahəsində professordur. O, kimlə necə oynamağı yaxşı bilir. “Sumqayıt”a 5:1 hesablı qalib gəlmək ele belə şeydir. “Sumqayıt” kimi komanda “Qarabağ” üçün rəqib deyil. Əgər “Qarabağ” “Ayntraxt” səddini keçə bilməsə, bu, o demək deyil ki, komandamız zəifdir. Heç “Qarabağ”ın uduzacağını ağlıma gətirmirəm. Bizdə pis bir ənənə yaranıb ki, baş məşqçi bir dəfə uğursuzluqla üzləşəndə, o saat onu pisləyirik. “Neftçi” ötən il Avroliqanın qrup mərhələsinə düşdü. Hamı “ura” deyib sevindi. Bu il isə “Neftçi” uğursuz çıxış etdiyi üçün hamı baş məşqçini söydü. Başa düşmək lazımdır ki, bu oyundur. Uğur da ola bilər, uğursuzluq da. “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin ünvanına işlədilən təhqirlər mənə çox pis təsir etdi. Ona görə də “Qarabağ” mərhələni keçə bilməsə, komandanı qınamaq olmaz. Amma mən qəti şəkildə inanıram ki, “Qarabağ” mərhələni adlayacaq. Bunu içimdən gələn hissə görə deyirəm. Oyunlarına baxdığıma görə inanıram. Futbolu bilən bir insanam. Görürəm ki, “Qarabağ” bu il tamam başqa bir futbol oynayır”.
Aqil Abbas Avroliqanın “pley-off” mərhələsində komandamızın “Aytraxt”la (Franfurt) cavab oyununda böyük azarkeş dəstəyinə ehtiyacı olduğunu da bildirib və bunun üçün müvafiq qurumlara müraciət edib: “Almaniyada kifayət qədər azarkeş ordusu toplamaq olar. Komandamız indiyədək səfər oyunlarında lazimi azarkeş dəstəyi ala bilməyib. Biz avqustun 29-da Almaniyada oynayacağıq. Bu zaman “Qarabağ”a diasporamızın köməyinə ehtiyacı olacaq. Frankfurtda olmuşam. Orada türklər almanlardan çoxdur. Bizim diasporumuz, AFFA-mız, eləcə də “Qarabağ”ın rəhbərliyi - hansı ki onlar da Türkiyə vətəndaşlarıdır – elə edə bilər ki, Frankfurtda da “Qarabağ”a güclü dəstək olar. Bir dəfə “Qalatasaray” Almaniyada yerli komandaya qalib gəldi. Oyundan sonra türk klubunun baş məşqçisi bildirdi ki, biz sanki öz meydanımızda oynayırdıq. Yəni həmin oyunda türk azarkeşlər almanlardan çox idi. Ona görə də diasporamız bu barədə güclü tədbir görməlidir. İsveçdə “Gefle” ilə oynayanda cəmi 150 azarkeşimiz oldu. Halbuki İsveçdə 7-8 min azərbaycanl, 30-40 min cənubi azərbaycanlı, bəlkə də 200 mindən çox türk var. Onları stadiona yığmaq lazımdır. Demək lazımdır ki, sənin komandan oynayır, gəl, dəstəklə! İnanın ki, yaxşı təbliğat apara bilsək, Frankfurtdakı oyuna almandan çox türk gələr”.
Ramiq AĞAMƏMMƏDOV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video