"Arsenal" hücumçusunu yenə icarəyə verdi

"Arsenal" hücumçusunu yenə icarəyə verdi
XƏBƏR 13 Avqust 2013 / 01:19 2895
-  A +

İngiltərənin "Arsenal" klubu hücumçusu Maruan Şamakı yenidən icarəyə verib.

Qol.Az-ın məlumatına görə, ötən mövsüm "Vest Hem"də icarə əsasında çıxış edən mərakeşli futbolçu bu dəfə "Kristal Palas"ın formasını geyinəcək.

Gəldiyi gündən bəri gözlənilənləri verə bilməyən 29 yaşlı futbolçu bu mövsüm də "Arsenal"ın heyətində yer almayacaq. London təmsilçisinin rəhbərliyi sərfəli təklif alacaqları təqdirdə Şamakı satacaqlarını elan edib.

Qeyd edək ki, Şamak 3 il öncə "Bordo"dan "Arsenal"a transfer olunmuşdu.


Son xəbərlər
topaz banner