"Mourinyo ətrafınızdadırsa, heç vaxt sıxılmazsınız"

"Mourinyo ətrafınızdadırsa, heç vaxt sıxılmazsınız"
XƏBƏR 13 Avqust 2013 / 00:01 2297
-  A +

"Sadəcə bir Joze Mourinyo var. Bir çox baş məşqçi ilə çalışdım, ancaq onun kimi xaraktere sahib birini görmədim. O, dünyadakı ən yaxşı baş məşqçilərdən biridir. Mourinyo ilə "İnter"də böyük uğurlar əldə etmişdik".

Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Anji"dən ayrılması gündəmdə olan Sameul Eto'O deyib.

Kamerunlu hücumçu yenidən portuqaliyalı mütəxəssislə çalışmaq istədiyini bildirib:

"Joze ətrafınızdadırsa, heç vaxt sıxılmazsınız. "Çelsi" təbii ki, böyük klubdur. Hazırda təkliflər var və menecerimlə qərar verəcəyik".

Qeyd edək ki, Et'O ilə "Napoli" və "Nyu-York Red Bulls" klubları da yaxından maraqlanır.

Son xəbərlər
topaz banner