Azərbaycan millisinin baş məşqçisi Berti Foqts “Qarabağ”ın Avropa Liqasındakı uğurlu çıxışı ilə bağlı fikirlərini açıqlayıb. Qol.Az-ın azerisport.com saytına istinadən yaydığı xəbərə görə, almaniyalı mütəxəssis bunları söyləyib:
“Qarabağ”ın futbolçuları nə qədər çox oyun keçirsələr, bir o qədər xeyirlərinədi. Onlar Malta ilə oyunda əsas heyətdə meydana çıxmalarına sevinməlidilər. “Bavariya”nın heyətində yeddi yığma üzvü var və onlar avqustun 14-də Paraqvaya qarşı oynayacaqlar. Növbəti ilin avqust ayında yığmanın oyunu olmayacaq. Yoxlama oyunu üçün yalnız bir gün ayrılacaq ki, bu da ya fevrala, ya da marta təsadüf edəcək. Kiçik futbol ölkələri üçün bu, pisdir”.
Foqts həmçinin deyib ki, əgər "Qarabağ" Avroliqanın pley-off mərhələsində "Ayntraxt"la sürətli futbol oynasa, qrupa düşmək şansı olacaq: "Bu mövsüm "Ayntraxt" ötən mövsümə nisbətən zəifdir. İstəyirəm ki, millidəki futbolçularım Avroliqanın qrupunda oynasınlar. Hesab edirəm ki, "Herta"ya 1:6 hesabı ilə uduzan komandaya qalib gəlmək olar".
"Ayntraxt"dan informasiya almaq üçün sizə müraciət olunubmu" sualına Foqts belə cavab verib: "Onlarda mənim telefon nömrəm yoxdur. Ona görə də çətin ki, onlar mənə zəng vura".
- Bəs, birdən Rəşad Sadıqovla Maksim Medvedyev zədələnsə necə olacaq?
- Onlar öz klublarında məşqdə də zədə ala bilərlər.
- Siz “Qarabağ” haqda müsbət danışsanız da, Qurban Qurbanovun adını çəkmirsiniz. Ona paxıllıq edirsiniz, yoxsa yaxşı məşqçi saymırsınız?
- Məşqçini deyil də komandanı tərifləməkdə təəccüblü nəsə yoxdur. Şadam ki, Qurbanın komandasını “pley-off”a qədər gətirib. Üç həftə əvvəl onunla görüşdüm, mənə planları haqda danışdı. Mən onun istədiyini bilirəm. Qurbana uğurlar arzulayıram. Gələcəkdə “Qarabağ” haqda danışacağam və Qurbanı hökmən xatırlayacağam.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...