"Mourinyodan onu almaq asan deyil"

"Mourinyodan onu almaq asan deyil"
XƏBƏR 12 Avqust 2013 / 16:11 3075
-  A +

"Barselona"nın futbolçusu Dani Alveş komandasının transfer etmək istədiyi həmyerlisi "Çelsi"nin müdafiəçisi David Luiz haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, o, "El Mundo Deportivo"ya müsahibəsində braziliyalı müdafiəçini komandada görmək istədiyini deyib:

"Luiz "Barsa"ya gəlsə, xoşbəxt olaram. O, sadəcə dostum deyil, eyni zamanda səviyyəli bir oyunçudur". Ancaq Alveş futbolçunun Kataloniya klubuna gəlməsinin çətin olacağını bildirib: "Onun bura gəlmək istədiyini düşünürəm. Amma Mourinyodan onu almaq asan deyil. Bəlkə də mümkünsüzə yaxındır".

Xatırladaq ki, "Barselona"nın Luiz üçün göndərdiyi ilk təklif "Çelsi" tərəfindən rədd edilib.

 


Son xəbərlər
topaz banner