İki futbolçu millinin heyətindən kənarlaşdırıldı

İki futbolçu millinin heyətindən kənarlaşdırıldı
XƏBƏR 12 Avqust 2013 / 15:24 2385
-  A +

Zədəli olduğu üçün 2 futbolçu - Hacı Əhmədov ("Qarabağ") və Orxan Sadıqlı ("Xəzər Lənkəran") 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətindən çıxarılıb.

Qol.Az-ın məlumatına görə, bu barədə xəbəri AFFA-nın rəsmi saytı yayıb.

Xatırladaq ki, avqustun 14-də, Bakı vaxtı ilə saat 21:00-da, Loveç şəhərindəki "Gradski" stadionunda 21 yaşadək futbolçulardan ibarət Bolqarıstan və Azərbaycan yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Son xəbərlər
topaz banner