“Qarabağ” klubunun hücumçusu Vüqar Nadirovun Qol.Az saytına müsahibəsi
- Bir neçə oyundur ki, komandana kömək edə bilmirsən. Hazırda zədən nə yerdədir?
- Artıq sağalıram. Bu gündən komanda ilə birlikdə məşqə çıxacam.
- Bu həftə “Xəzər Lənkəran”la oyunda iştirak edə biləcəksən?
- Çox güman ki, o vaxta qədər tam hazır olacağam.
- Avroliqanın “pley-off” mərhələsində komandanız Almaniyanın “Ayntraxt” (Frankfurt) klubuna rəqib oldu. Püşkatmada bəxtinizin gətirmədiyini düşünürsən?
- “Ayntraxt” elə belə komanda deyil. Rəqibə ciddi yanaşırıq. Əlimizdən nə gəlirsə, onu da edəcəyik ki, Avropada sözümüzü bir daha deyək.
- Səncə, bu komanda “Qarabağ” üçün keçiləsi rəqibdir?
- Bircə ölümə çarə yoxdur, niyə keçməyək?
- Futbol mütəxəssiləri bildirir ki, “Qarabağ” son göstərdiyi oyunlarla sübut etdi ki, potensial rəqiblərdən olan “Sevilya” və digərləri ilə də bacarardı. Sən necə fikirləşirsən?
- Əlbəttə, mən də elə düşünürəm. Çünki komandamız hazırda özünün zirvə nöqtəsindədir. Kifayət qədər Avropa təcrübəmiz də var. Ona görə də həm “Ayntraxt”, həm də digər rəqiblərlə başabaş oynaya bilərik.
- Rəqibiniz Bundesliqada ortabab komandalardan olan “Herta”ya böyükhesabla məğlub oldu (1:6). Bu haqda ne deyə bilərsən?
- Bu, qətiyyən bizi arxayınlaşdıra bilməz. Rəqibin öz çempionatında hansı nəticəni qazanması bizi maraqlandırmır. Ola bilər ki, “Ayntraxt” gücünü bizimlə oyuna saxlayır. Ona görə də Bakıda keçiriləcək ilk oyuna çox ciddi hazırlaşacağıq və səfər oyununa yaxşı nəticə ilə getməyə çalışacağıq. Çünki Frankfurtda bizi çətin oyun gözləyir. Böyük azarkeş qarşısına sərfəli nəticə ilə çıxmalıyıq.
- “Ayntraxt”la vacib oyunöncəsi komandanızın dörd futbolçusunun milli komandamızın Malta ilə yoldaşlıq oyununa çağırılması futbolçularda yorğunluq, oyunqabağı problem yaradacağını düşünürsən?
- Mənə elə gəlir ki, heç bir problem olmaz. Əksinə futbolçularımızın çox oynamağı yaxşıdır. Nə edə bilərik? Milli komanda Azərbaycanındır. Çağırırlarsa, getməliyik. Onsuz da hamımız milli komanda üçün çalışırıq.
- Qurban Qurbanov bu mövsüm çox güclü heyət formalaşdırıb. Artıq çempionluğun vaxtının çatdığını düşünürsünüz?
- Hələ ki, bu haqda düşünmək tezdir. Bütün fikirlərimiz Avropa Liqasına yönəlib. Amma onu da bilirik ki, çempionatın əvvəlində itirilən xallar çempionluğumuza əngəl ola bilər. Geniş heyətimiz var. İki cəbhədə uğurlu çıxış etmək gücündəyik. Ona görə də hər iki turda qalib gəlmişik.
Ramiq AĞAMƏMMƏDOV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video