"Turnir cədvəlinin birinci pilləsində "Neftçi" qərarlaşmalıydı"

"Turnir cədvəlinin birinci pilləsində "Neftçi" qərarlaşmalıydı"
XƏBƏR 12 Avqust 2013 / 15:02 3284
-  A +

"Neftçi"nin futbolçusu Emin Mehtiyev Topaz Premyer Liqanın ikinci turunda "Rəvan"la oyundan (2:0) sonra klubun rəsmi saytına açıqlama verib.

Qol.Az-ın məlumatına görə, oyunçu ardıcıl ikinci qələbələrini qazandıqları  üçün sevinsə də, vurduğu təmiz qolun hakim tərəfindən hesaba alınmamasından təəssüfləndiyini deyib:

"AZAL-la ilk turun oyununda da oxşar hal baş vermişdi. Həmin görüşdə Araz Abdullayevin ötürməsindən sonra Bahodir Nasimovun qolu qeydə alınmamışdı. Halbuki Araz topu kənara çıxmamış, yəni, qapı xəttinin üzərindən ötürmüşdü. Bu dəfə isə Ernest Nforun ötürməsindən sonra qol vursam da, hakim Flavinyonun oyundan kənar vəziyyətdə olduğunu qeydə aldı.

Həmin anda Flavinyonun zərbəyə müdaxiləsi yox idi. O, qapıçıya da zərbəni qaytarmağa mane olmurdu. İki turdur qollarımız qeydə alınmır. Düzdür, bu yekun nəticəyə təsir etməyib. Lakin həmin qollar qeydə alınsaydı, hazırda məhz “Neftçi” top fərqinə görə turnir cədvəlində birinci pillədə qərarlaşmalıydı”.

Son xəbərlər
topaz banner