Vüqar Nadirov Maltaya qarşı oynamayacaq

Vüqar Nadirov Maltaya qarşı oynamayacaq
XƏBƏR 12 Avqust 2013 / 14:50 1898
-  A +

Avropa Liqasının II təsnifat mərhələsinin "Piast"la cavab oyununda (2:2) zədələnən "Qarabağ"ın hücumçusu Vüqar Nadirov artıq komanda ilə məşqlərə başlayıb.

Təcrübəli futbolçu Qol.Az saytına açıqlamasında Avropa Liqasının pley-off mərhələsində "Ayntraxt"la oyuna qədər hazır olacağını bildirib.

Lakin V.Nadirov milli komandamızın avqustun 14-də Malta ilə keçirəcəyi yoldaşlıq oyununda iştirak edə bilməyəcəyini söyləyib.

Qeyd edək ki, 26 yaşlı futbolçu millimizin baş məşqçisi Berti Foqts tərəfindən Malta ilə oyuna dəvət almışdı.


Qarabağ FK
Son xəbərlər
topaz banner