UEFA "Fənərbaxça"nın cəzalandırılmasını tələb edir

UEFA "Fənərbaxça"nın cəzalandırılmasını tələb edir
XƏBƏR 12 Avqust 2013 / 12:19 3202
-  A +

UEFA Beynəlxaq Arbitraj məhkəməsindən (CAS) "Fənərbaxça"nın cəzasının təsdiqlənməsini tələb edib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, UEFA 2010-2011-ci illərdə bəzi danışılmış oyunlarda iştirak etdiyi bildirilən "Fənərbaxça" üçün şikayət ərizəsini artıq iyulun 26-da CAS-a göndərmişdi. 

CAS-ın bu ərizəyə avqustun 9-u cavab verməsi gözlənilirdi.
Ancaq Beynəlxaq Arbitraj məhkəməsinin şikayət ərizəsinə 21 və 23 avqust tarixlərində İsveçrədə baxacağı məlum olub. Son qərarın isə avqustun 28-də açıqlanacağı bildirilib.

Qeyd edək ki, UEFA "Fənərbaxça"nın iki il Avropa kuboklarından uzaqlaşdırılması ilə bağlı qərar vermişdi. Ancaq bu qərar CAS tərəfindən dondurulmuşdu.


Son xəbərlər
topaz banner