"Komanda əlindən gələn hər şeyi etdi. Artıq iki oyundur ki, hesabda geri olmağımıza baxmayaraq, yekunda qələbə qazanmağı bacarırıq. Bu da kollektivimizin xarakter nümayiş etdirdiyini göstərir".
Qol.Az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının ilk həftəsində - "Bakı" - "Qəbələ" (1:2) matçında 2 məhsuldar ötürmə, ardından II turda - "Qəbələ" - "İnter" (3:2) qarşılaşmasında 1 qol və 1 məhsuldar ötürmə ilə "qırmızı-qaralar"ın qələbəsində böyük pay sahibi olan Leonardo Da Silva klubun rəsmi saytına açıqlamasında deyib.
Braziliyalı futbolçu komandasının hər oyuna qələbə üçün çıxdığını vurğulayıb. Komandaya uyğunlaşma dövrünü keçdiyini söyləyən yarımmüdafiəçi, azarkeşlərin bir müddət sonra fərqli Leonardo görəcəyini bildirib: "Komandamız hər oyuna qələbə üçün çıxır. İki turdur ki, istədiyimiz nəticəni əldə edirik. İnanıram ki, bu cür əzmlə, sona kimi mübarizə aparsaq, növbəti oyunlarda da uğur qazanacağıq. O ki, qaldı mənə hazırda kollektivə uyğunlaşma dövrünü yaşayıram. Hələ ki, bacardığımın yalnız 70 faizini göstərə bilmişəm. Qarşıdakı turlarda azarkeşlərimiz fərqli və daha üstün Leonardo görəcəklər".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...